ÜST: "Meymunçiçəyinin geniş yayılma riski azdır"

ÜST: "Meymunçiçəyinin geniş yayılma riski azdır" backend

Meymunçiçəyinin geniş şəkildə yayılması riski azdır.

Bu barədə “Report”a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarık Yazareviç məlumat verib.

“Bu virus və onun necə ötürüldüyü haqda bildiklərimizə əsaslanaraq deyə bilərəm ki, bu epidemiyanın qarşısını almaq olar. ÜST virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələrə kömək etmək üçün təlimat verib”, - o deyib.

T.Yazareviçin sözlərinə görə, hər bir kəs meymunçiçəyinə yoluxa bilər və bunun hər hansı bir insan qrupu ilə əlaqəsi yoxdur, çiçək xəstəliyinə qarşı peyvəndin meymunçiçəyinə qarşı da qorunma yaratdığı sübut olunub.

“Dünyada 40 və ya 50 yaşdan aşağı olan əhalinin çox hissəsi çiçək xəstəliyinə qarşı peyvənd olunmayıb, yəni onlar artıq əvvəlki çiçək xəstəliyinə qarşı peyvənd proqramları ilə qorunmurlar. Çiçək və meymunçiçəyinə qarşı yeni peyvənd təsdiqlənib, lakin hələ geniş yayılmayıb”, - ÜST rəsmisi bildirib.

loading...
Diaspora