Zelenski Xarkovda hərbçiləri mükafatlandırıb - FOTO

Zelenski Xarkovda hərbçiləri mükafatlandırıb - FOTO backend

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfər edib.

APA-nın “ukrinform.ru” saytına istinadən verdiyi xəbərə görə, Vladimir Zelenski döyüşlərdə fərqlənən hərbçiləri təltif edib, onları qiymətli hədiyyələrlə mükafatlandırıb.

Ukrayna Prezidenti Xarkovda operativ vəziyyətlə tanış olub. Vladimir Zelenski deyib ki, torpaqlarını müdafiə edən ukraynalıların son nəfərinə qədər döyüşəcəyini artıq düşmən çoxdan anlayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə Vladimir Zelenski Kiyevi tərk edib.

loading...
Diaspora