Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polkovnik Vladimir İvanov Ukraynada öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.
Məlumata görə, İvanov martın 25-də öldürülsə də, bu barədə rəsmi məlumat 5 gündən sonra açıqlanıb.
Rusiya Müdafiə Nazirliyi əməkdaşının ölümünü açıq təsdiq etməyib. Lakin rusiyalı jurnalist Yevgeni Poddubnı mayın 9-da keçirilən “Ölməzlər aksiyası”na polkovnikin portreti ilə çıxıb.