“İsveç və Finlandiya NATO naminə Türkiyənin şərtlərini qəbul etməlidir” - Stoltenberq

“İsveç və Finlandiya NATO naminə Türkiyənin şərtlərini qəbul etməlidir” - Stoltenberq backend

İsveç və Finlandiya alyansa üzvlüyə namizəd olmaları üçün Türkiyə hakimiyyətinin şərtlərini qəbul etməlidirlər.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“İsveç və Finlandiya Madriddə keçiriləcək NATO sammitində dəvət olunmuş ölkələr kimi iştirak edə biləcək, lakin iyunun sonuna qədər Türkiyənin tələblərini yerinə yetirməsələr, alyansa üzv olmaq istəklərini reallaşdırmaq çətin olacaq”, – deyə Stoltenberq qeyd edib.

O, həmçinin İsveç və Finlandiyanın iyunun 28-dən 30-dək keçiriləcək qarşıdakı sammitdə alyansa üzvlüyə namizəd olacağına şübhə ilə yanaşıb.

Bu ölkələrin alyansa daxil olması ilə bağlı Ankaranın qarşıya qoyduğu şərtlərdən biri də Türkiyə hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının üzvlərinin ekstradisiyası, həmçinin bu təşkilata dəstəyinin dayandırılmasıdır. (oxu/az)

Mənbə: Lenta.ru

loading...
Diaspora