Fransada məscid yandırıldı

Fransada məscid yandırıldı backend

Fransanın Auc şəhərində eyni adlı məsciddə yanğın hadisəsə baş verib. ANS PRESS-in məlumatına görə, hadisədən sonra polisin apardığı araşdırmalar nəticəsində məlum olub ki, məscid naməlum şəxslər tərəfindən qəsdən yandırılıb.

Naməlum şəxslər məscidi benzinlə yandırıblar. 70%-i yanan məscidin kimlər tərəfindən yandırılması polis tərəfindən araşdırılır.

Hadisə ölkədə böyük səs- küyə səbəb olub. Fransa prezidenti Fransua Olland baş vərən hadisə ilə bağlı açıqlama verib.

Yelisey Sarayından verilən açıqlamada yanğının qəsdən törədilməsi açıq-aşkar bəyan edilib və yanğın hadisəsi pislənilib.

“Məscidə qarşı edilən hücum dəyərlərimizə edilən açıq bir təhdidir. Müsəlman icmaların inanclarını azad və etibarılı şəkildə həyata keçirmələri üçün şərait yaradılmalıdır.” – deyə Yelisey Sarayından verilən açıqlamada bildirilir.

Ümumilikdə son dövürlərdə Fransa daxil olmaqla Avropanın əksər ölkələrində müsəlmanlara qarşı münasıbət birmənalı deyil. Bəzi Avropa ölkələrində ya hicab qadağan edilib ya da ki, minarəli məscidlərin tikilməsinə icazə verilmir. Bu isə Avropa cəmiyyətində islamfobiyanın artmasından xəbər verir.
Diaspora