Pentaqon Rusiyanın Ukraynaya hərbi müdaxilə etdiyi gündən bəri məhv edilən texnikalarının sayını açıqlayıb.
Bu barədə CNN məlumat yayıb.
Belə ki, 24 fevraldan bəri ruslar təxminən 1000 tank, 350 artilleriya qurğusu, 30 qırıcı-bombardmançı, 50 helikopter itirib.
ABŞ hesab edir ki, ciddi itkiləri nəzərə alsaq belə, Rusiya Federasiyası hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.
Axar.az