Ermənistanın yüzlərlə TIR-ı Rusiyaya buraxılmır - "Amma türkləri tez buraxırlar..."

Ermənistanın yüzlərlə TIR-ı Rusiyaya buraxılmır -  "Amma türkləri tez buraxırlar..." backend

Ermənistandan Rusiyaya gedən yüzlərlə TIR iki həftədən çoxdur ki, Gürcüstan ərazisində, Yuxarı Lars keçid məntəqəsində qalıb, sərhədi keçə bilmir.

Qaziler.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası yazır.

Ermənistanın daşıma şirkətlərinin rəhbərləri mövcud vəziyyətin siyasi proseslərlə bağlı olduğunu bildirirlər.

Lakin erməni hökumətini səlahiyyətliləri bu iddianı qəbul etmir, problemin sərhəd-keçid məntəqəsinin məhdud imkanları ilə əlaqəli olduğunu söyləyir.

Ermənistanın “Green Way” logistika şirkətinin direktoru Yevgeniya Kazumyan qeyd edib ki, onların yük maşınları iki həftədən çoxdur Gürcüstanda qalıb. Onun sözlərinə görə, Belarus və Rusiyadan gələn ağır yük maşınları da oxşar vəziyyətdədir, lakin türkləri tez buraxırlar.

“Gürcüstan tərəfi bunun səbəbini açıqlamır, ola bilsin ki, problem siyasi müstəvidədir”, - Kazumyan bildirib.

O vurğulayıb ki, Ermənistan hakimiyyəti növbədə dayanan və müxtəlif problemlərlə üzləşən daşıyıcılara kömək etmək üçün heç bir iş görmür. Kazumyan qeyd edib ki, erməni yük maşınlarının 12 kilometrlik növbəsi yaranıb. Bundan əlavə, sürücülər Gürcüstanda fasilələrə görə gündə 80 lari (təxminən 28 dollar) ödəyirlər.

loading...
Diaspora