“Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar var” - Lavrov

“Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar var” -  Lavrov backend

ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir. Moskva bu problemi qonşuları ilə həm ikitərəfli əsasda, həm də KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə müzakirə edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT Arabic” telekanalına müsahibəsində deyib.

“Ermənistanda, Qazaxıstanda və Mərkəzi Asiya ölkələrində belə laboratoriyalar var. Biz həmin ölkələrlə ikitərəfli əsasda və KTMT vasitəsilə bu problemləri nəzərdən keçiririk. Demək olar ki, bütün KTMT ölkələri və digər MDB ölkələri ilə bioloji proqramların necə inkişaf etdiyi barədə qarşılıqlı məlumatlandırmanı nəzərdə tutan bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memorandumları bağlanıb”, - Lavrov bildirib.

Rusiya XİN rəhbəri qeyd edib ki, şəffaflıq bu proqramların hərbi məqsədlər üçün istifadə edilməməsi baxımından vacibdir. Belə ki, bu, Bioloji və toksinli silahların qadağan edilməsi haqqında Konvensiya ilə qadağandır.

“Bu memorandumlar qarşılıqlı səfərləri və laboratoriyaların fəaliyyəti ilə tanışlığı nəzərdə tutur. Bundan əlavə, həmin bioloji laboratoriyaların heç birində üçüncü tərəfin hərbi nümayəndələri olmamalıdır”, - Lavrov əlavə edib.

Mənbə: TASS / Oxu.az

loading...
Diaspora