NATO həyəcan siqnalı ilə Typhoon qırıcılarını havaya qaldırıb. QAZİLƏR.AZ-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, buna səbəb Baltik dənizinin üzərində Rusiyanın İl-20 kəşfiyyatçı təyyarəsinin qeydə alınması olub. Bu barədə Bloomberg agnetliyi Latviya müdafiə nazirliyinə istinadən xəbər yayıb.
"NATO-nun Baltik dənizi üzərində hava məkanının mühafizəsi ilə məşgul olan Typhoon qırıcıları Rusiya Hərbi Hava Qüvvələrinin İl -20 təyyarəsini ələ keçirmək üçün havaya qalxıblar", - deyə xəbərdə bildirilir. Rusiya HHQ-ə məxsus təyyarənin ələ keçirilib-keçirilməməsi barədə isə heç bir məlumat verilmir. Rusiya Müdafiə Nazirliyi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.