Səfilrik: Bavariyadakı yanğınla bağlı 40 nəfərlik qrup araşdırma aparır

Səfilrik: Bavariyadakı yanğınla bağlı 40 nəfərlik qrup araşdırma aparır backend

“Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində baş verən yanğınla bağlı 40 nəfərdən ibarət xüsusi istintaq qrupu araşdırma aparır".

Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib. Səfirlik AFR-in hüquq-mühafizə orqanları ilə müntəzəm əlaqə saxlayaraq hadisənin araşdırılmasını diqqətdə saxlayır.

"Səfirliyimizin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata görə, hazırda araşdırma qəsdən yanğın törətmə ehtimalı üzərində aparılır. Amma hələ ki şübhəli şəxs qismində heç kəs aşkar olunmayıb. Hal-hazırda şahidlərin dindirilməsi davam etdirilir”, - deyə məlumatda bildirilir.
Diaspora