Ukrayna Rusiyanın itkilərini açıqladı - 88-ci gün

Ukrayna Rusiyanın itkilərini açıqladı -  88-ci gün backend

Rusiya hərbçiləri Donetsk vilayətinə hücum həyata keçirib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Məlumata görə, Rusiya ordusu hazırda Slavyansk istiqamətində hücumu bərpa etməyə hazırlaşır və Liman bölgəsində əməliyyat keçirməyi planlaşdırır.

Son 24 saat ərzində Birləşmiş Qüvvələr Qrupunun hərbçiləri Donbasda 11 hücumu dəf ediblər. Nəticədə ukraynalı müdafiəçilər 8 tank və 3 artilleriya sistemi də daxil olmaqla 30 texnikanı məhv ediblər.

Həmçinin bildirilib ki, Rusiya indiyə qədər 29 050 hərbçi, 1285 ədəd tank, 3141 ədəd zirehli döyüş maşını, 599 ədəd artilleriya sistemi, 201 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarə, 170 ədəd helikopter, 2194 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 470 ədəd PUA, 43 ədəd xüsusi texnika, 107 qanadlı raket itirib.

Diaspora