Yaponiyanın “Konotori-5” kosmik yük gəmisi (BKS) ilə birləşib

Yaponiyanın “Konotori-5” kosmik yük gəmisi (BKS) ilə birləşib backend

Yaponiyanın “Konotori-5” kosmik yük gəmisi yeni yükləri astronavtlara çatdırmaq üçün Beynəlxalq Kosmik Stansiya (BKS) ilə birləşib.


Yapon astronavt Kimiya Yui robot-əl vasitəsilə birləşməyə kömək edib.

Xatırladaq ki, “Konotori-5” pilotsuz yük gəmisi avqustun 19-da Yaponiyanın cənub-qərbində yerləşən Taneqaşima kosmik mərkəzindən orbitə buraxılmışdı.

Digər yapon astronavt Koiçi Vakata isə ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki uçuşları idarəetmə üzrə milli kosmik mərkəzdə (NASA) BKS ilə rabitəyə cavabdeh olub.

Bu, kosmik yük gəmisinin BKS ilə birləşməsi yapon astronavtların yerdə və kosmosda ilk birgə işidir.

Birləşmə əməliyyatını uğurla başa çatdıran K.Yui bildirib ki, o, kosmosun mənimsənilməsi prosesində balaca bir vint olsa da, tapşırığın icrası zamanı özünü ulduz kimi hiss edirdi.

“Konotori-5” ABŞ yük gəmisi ilə baş verən hadisə səbəbindən BKS-yə çatdırılmayan beş tona qədər müxtəlif yükləri - ərzaq, qəza ehtiyat hissələri və digər avadanlığı uğurla təyinat yerinə çatdırıb.
Diaspora