Daha bir ölkədə “meymun çiçəyi”nə yoluxma aşkarlandı

Daha bir ölkədə “meymun çiçəyi”nə yoluxma aşkarlandı backend

Yunanıstanda insanların “meymun çiçəyi” xəstəliyinə yoluxma ehtimalı ilə bağlı şübhəli hal araşdırılır.

Bu barədə EODY Milli İctimai Səhiyyə Təşkilatı bildirib.

"Söhbət simptomsuz yoldaşı ilə birlikdə aşağı təzyiqlə Attikov Xəstəxanasına yerləşdirilən ingilis turistdən gedir", - məlumatda deyilir.

EODY analiz üçün nümunələr alıb, onlar laboratoriyaya göndərilib, nəticələr bazar ertəsi açıqlanacaq.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliyin endemik sayılmadığı 11 ölkədə “meymun çiçəyi” xəstəliyinə 80 insan yoluxma faktının təsdiqləndiyini, daha 50 faktın araşdırıldığını bildirib.

Xəstəliyin adətən yüngül formada keçdiyi qeyd edilir. Semptomları olan insanlara həkimə müraciət etmək tövsiyə olunur.

“Meymun xəstəliyi”nin simptomları bir neçə həftə ərzində olur, lakin bəzi hallarda tibbi fəsadlara və hətta ölümə səbəb ola bilər. Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland və İspaniya da daxil olmaqla, bəzi ölkələrdə yoluxma halları müəyyən edilib.

loading...
Diaspora