Ukraynada kütləvi məzarlıqlar və yağışlar: yoluxucu xəstəliklər artacaq

Ukraynada kütləvi məzarlıqlar və yağışlar: yoluxucu xəstəliklər artacaq backend

Ukraynanın Rusiya hərbçiləri tərəfindən nəzarət altına alınan Mariupol şəhərində kütləvi məzarlıqlara görə epidemik fəlakət təhlükəsi yaranıb.

"Report" xəbər verir ki, bu barədə Mariupol şəhərinin meri Vadim Boyçenko teleqramda bildirib.

Onun sözlərinə görə, Mariupol üçün xarakterik olan yağışlar bu şəhərdə epidemiya yarada bilər.

"Humanitar fəlakətdən əlavə, şəhərdə yoluxucu xəstəliklər tüğyan edəcək. 100 min insan susuz yaşamağa davam edir. Yağışlar təhlükəli maddələri içməli su mənbələrinə atacaq. Kanalizasiya sistemi işləmir. Şəhərin hər yerində xaotik dəfnlər var", - mer vurğulayıb.

Boyçenko, həmçinin deyib ki, insanlar təhlükəsiz şəkildə təxliyə edilməlidir.

Diaspora