Cenevrə hava limanının yaxınlığında yanğın olub, bütün uçuşlar dayandırılıb

Cenevrə hava limanının yaxınlığında yanğın olub, bütün uçuşlar dayandırılıb backend

İsveçrənin Cenevrə hava limanı yaxınlığında yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə hava limanının uçuş zolağı yaxınlığında qeydə alınıb. Yanğınla əlaqədar bütün uçuşlar və enişlər dayandırılıb.

Hadisə yerindən görüntülər sosial şəbəkədə yayılıb. Videoda yerdən qara tüstü qalxdığı görünür.

Sosial şəbəkələrdə yazıblar ki, yanğın sığınacaq axtaran şəxslərin qəbulu binasında baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Diaspora