"Rusiya-1"də qalmaqal: "Gerçəklikdən çıxış etməsək, tarix bizim dərsimizi verəcək..."

"Rusiya-1"də qalmaqal:   "Gerçəklikdən çıxış etməsək, tarix bizim dərsimizi verəcək..." backend

"Biz tamamilə geosiyasi təklikdəyik və bütün dünya bizə qarşıdır, bunu görməzdən gəlmək olmaz"

 

"Bu gün 42 ölkədən ibarət koalisiya bizim əleyhimizədir, hərbi- siyasi və hərbi- texniki vəziyyətimiz isə məhduddur"

 

"Qələbənin rəhni hərbi hazırlığın səviyyəsi və döyüş meydanında ölməyə hazır olmaqdır"

 

Tanınmış ekspert təcili olaraq Ukraynadan qaçmağa və Finlandiya tərəfə raketlərlə hədə- qorxu gəlməməyə çağırış edib: "Rusiya ordusu təcili olaraq Ukrayna ərazisini tərk etməlidir, əks təqdirdə vəziyyət yalnız pisləşəcək".

 

Moderator.az xəbər verir ki, belə proqnozla "Rusiya- 1" telekanalının "60 dəqiqə" proqramının efirində tanınmış ekspert Mixail Xodarenok çıxış edib.

 

Bir çox Qərb KİV- lərində Xodarenokun çıxışını həm hərbi vəziyyətlə bağlı, həm də belə qeyri- adi fikrin Rusiyanın dövlət televiziyasında səsləndirilməsi nöqteyi- nəzərindən sensasiya kimi təqdim edilib.

 

Xodarenokun çıxışı bir çoxları tərəfindən həm də ona görə sensasiya kimi qəbul edilib ki, o, Rusiyada ən məşhur hərbi ekspertlərdən biridir və müntəzəm olaraq "60 dəqiqə" tok- şousunda iştirak edir. Həftədə iki dəfə efirə çıxan bu proqram Kreml təbliğatının əsas ruporlarından biri hesab edilir.

 

Ekspertlər qeyd edib ki, aparıcının yönləndirici suallarına rəğmən, Xodarenok hərbi əməliyyatların gedişi barədə və Kiyevin səfərbərlik haqqında mümkün qərarı və Qərb ölkələri tərəfindən Ukraynaya silah tədarükü ilə bağlı qeyri- populyar fikirlər səsləndirib. 

 

Xodarenok hesab edir ki, Kiyev lazım gəldikdə bir milyon insanı sılahlandıracaq və müasir silahlarla təmin edəcək, həm də Vaşinqtonun lend- liz üzrə misli görünməyən qərarı və Qərb ölkələri tərəfindən silah tədarükünün gücləndirilməsini nəzərə almaq lazımdır.

 

"Və biz öz operativ- strateji hesablamalarımızda bu mənada vəziyyətin get- gedə pisləşməsini nəzərə almalıyıq", - Xodorenok bəyan edib.

 

Xodarenok Rusiyanın NATO- ya münasibəti barədə də kəskin danışıb: "NATO məsələsinə qayıdaraq nə demək lazımdır. Bizim üçün əsas olan hərbi- siyasi gerçəklik mövqelərində dayanmaqdır. Əgər bu çərçivədən kənara çıxsaq, tarixin gerçəkliyi tez və ya gec bizə elə dərc verəcək ki, həmişəlik yadda qalacaq...Burada, məsələn, Finlandiya tərəfə yönəlik raketlərlə hədə- qorxu gəlməyin mənası yoxdur. Bu, kənardan gülməli görünür.    Hər halda bizim hərbi- siyasi vəziyyətimizin ən əsas çatışmazlığı ondan ibarətdir ki, biz tamamilə geosiyasi təklikdəyik və bunu nə qədər görməzdən gəlsək də, praktiki olaraq bütün dünya bizim əleyhimizədir..."

 

Ekspert Rusiyaya Pekin və Dehli tərəfdən mümkün yardım edilməsinə də ayıq başla baxmağa çağırış edib: "Sizin dediyiniz Çin və Hindistana gəldikdə, onların ölkəmizə dəstəyi qeyd- şərtsiz deyil. 42 ölkədən ibarət koalisiyanın bizim əleyhimizə olmasını normal hal hesab etmək olmaz, hər halda bizim hərbi- siyasi və hərbi- texniki imkanlarımız məhduddur. Biz istənilən halda belə vəziyyətdən çıxmalıyıq".

 

Xodarenok Ukrayna ordusunda, guya, məğlub durum haqqında bəyanatlara da tənqidi yanaşmağı tövsiyə edib və əsas göstəricilər kimi hərbi hazırlığın səviyyəsini və döyüş meydanında ölməyə hazır olmağı adlandırıb.

 

Xodarenokun çıxışı zamanı və onun sonunda tok- şounun aparıcısı  Olqa Skabeyeva dəfələrlə ekspertin sərt tonunu yumşaltmağa cəhd edib:

"Bu gün baş verənləri kimsə normal hesab etmir. Amma bir də deyirəm ki, bu, məcburi tədbirdir. Söhbət bizim mövcudluğumuzdan gedir. Təslim olmaq mümkün deyil. Bizim yox olmağımızı istəyənlərlə ümumi dil tapmaq mümkün deyil. Sonadək getmək lazım gələcək, görək, kim tab gətirib üstünlük qazanacaq".

 

BBC ekspertləri Xodarenokun ekspert dəyərləndirmələrindən sonra sual edib: bu, "oyanışa işarə" olub, yoxsa "rusiyalıların "xüsusi əməliyyat" barədə neqativ xəbərlərə hazırlanması" üçün düşünülmüş plandır.

 

"Meduza" nəşri qeyd edib ki, hələ 2022- ci ilin yanvarında Xodarenok Moskva ilə Kiyev arasında mümkün hərbi münaqişəsini təsvir edərkən onu "uzunmüddətli və qanlı" adlandırıb.

Xodarenok Kremlin kollektiv Qərbin Ukraynaya silah tədarükünə başlaması ssenarisinə hazır olmadığını qeyd edib.

 

Fevralın əvvəlində KİV- lərdə Xodarenokun "Qaniçən politoloqların proqnozları. Vəcdə gələn quzğunlar və tələskən ququşuları" adlı məqaləsi dərc edilib. Bu məqalədə müəllif xəbərdarlıq edib ki, "Ukraynada blitskriq olmayacaq" və Ukraynaya qarşı mümkün müharibəni "Rusiyanın milli mənafelərinə kökündən cavab vermədiyi" kimi dəyərləndirib.

 

Mixail Xodarenok RF Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib, Baş Qərargahın 1- ci Baş əməliyyat idarəsinin 1- ci istiqamətinin qrup rəisi vəzifəsində xidmət keçib. Ehtiyatda olan polkovnikdir.

loading...
Diaspora