500 əsgəri öldürüb, “azərbaycanlılar vurdu” dedilər - VİDEO

500 əsgəri öldürüb, “azərbaycanlılar vurdu” dedilər -  VİDEO backend

1994-cü ildən 2020-ci ilədək general və zabitlərimiz 1680-ə yaxın erməni əsgərini Qarabağda intihar həddinə çatdırıblar! 500-ə yaxın əsgər də bizim narkomanlar və qatillər tərəfindən öldürülüb, cinayət işlərində isə yazıblar ki, onları snayperlər güllələyib.

Qaziler.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış erməni ictimai xadimi Roman Baqdasaryan məlumat yayıb.

“Əslində, “artsax müdafiə ordusu” əsgərlərinin soyğunçuluğuna və məhvinə çalışıb, sərhədlərin müdafiəsinə xidmət etməyib. Yuri Xaçaturovun və onun narkoman oğullarının ordusu, narkoman Bako Saakyanın ordusu, satqın Seyran Ohanyanın və dinsiz Köçəryanın ordusu”, - deyə o qeyd edib.

Baqdasaryan əlavə olaraq erməni general-polkovnik Xaçaturovun erməni əsgərlərinə necə işgəncə verdiyini nümayiş etdirən videoçarx dərc edib.

loading...
Diaspora