Rusiyanın müharibədəki itkiləri açıqlandı

Rusiyanın müharibədəki itkiləri açıqlandı backend

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 28 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 263 ədəd tankı, 3 090 ədəd zirehli döyüş maşını, 596 ədəd artilleriya sistemi, 200 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarəsi, 168 ədəd helikopteri, 103 qanadlı raket, 2 162 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 460 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.

Bildirilib ki, Qara və Azov dənizlərində qarşı tərəfin dəniz qüvvələri mülki gəmilərin qarşısını almaqda davam edir. Məlumata görə, son sutkada Donetsk və Luqansk istiqamətlərində düşmənin 14 hücumunun qarşısı alınıb, 8 tankı, 14 zirehli döyüş maşını və 6 bölmə texnikası məhv edilib. Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri Rusiyanın bir “Orlan-10” PUA-sını vurub.

Diaspora