ABŞ və Türkiyə Suriyanın Türkiyə ilə həmsərhəd şimal bölgələrini İŞİD silahlılarından azad etmək məqsədilə yaxın zamanda birgə kompleks hava əməliyyatları keçirməyi planlaşdırırlar. APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu “Röyters”ə müsahibəsində bildirib.
“Texniki danışıqlar ötən gün başa çatıb və biz tezliklə İŞİD-ə qarşı kompleks əməliyyata başlayacağıq” deyə Mövlud Çavuşoğlu bildirib.Türkiyə XİN rəhbəri Suriya ərazilərinin bombardman olunmasının həmçinin prezident Bəşər Əsədə bir “siqnal” olacağını və onun administrasiyasının danışıqlar masasına keçərək Suriyada genişmiqyaslı müharibənin siyasi həllini tapmağa vadar edəcəyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Pentaqonun rəhbəri Eşton Karter Türkiyənin İŞİD-lə mübarizəyə qoşulmasının vacibliyini qeyd edib.