Senator İsveç və Finlandiyaya görə Türkiyəni hədələdi, Ankara dosye hazırladı

Senator İsveç və Finlandiyaya görə Türkiyəni hədələdi, Ankara dosye hazırladı backend

Ankara İsveç və Finlandiyanın NATO-ya qəbulunu dəstəkləməyəcəyi təqdirdə ABŞ “F-16” qırıcılarının Türkiyəyə tədarükündən imtina edəcək.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri demokrat Robert Menendez belə bir hədə ilə çıxış edib.

 

O, Ankaranın hərəkətlərini kəskin tənqid edərək bildirib ki, Moskvadan “S-400” zenit-raket komplekslərini alması və Ukraynada müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı Qərbin sanksiyalarına qoşulmaqdan imtina etməsi Türkiyənin ABŞ-ın müttəfiqi kimi etibarlılığına dair narahatlıq doğurur.

Menendez xatırladıb ki, Türkiyə onlarla yeni “F-16” qırıcısı almağa çalışır, onların satışı üçün isə həm ABŞ Prezidenti Co Bayden administrasiyası, həm də Konqresdən icazə tələb olunur.

“Ümid edirəm ki, administrasiya (Ankaranın “F-16”lar üçün müraciətini) nəzərdən keçirərkən bunu diqqətə alar. Siz (Türkiyə Prezidenti Rəcəb Tayyib) Ərdoğana deyin ki, hər-hansı bir məsələyə baxılmasını istəyirsinizsə, fərqli davransın”, - deyə o bildirib.

Senatın alyansla bağlı məsələlərlə məşğul olan qrupunun sədri respublikaçı Tom Tillis öz növbəsində sonda hər şeyin həll olunacağını düşündüyünü deyib. O qeyd edib ki, ABŞ-ın Türkiyəni əməkdaşlığa məcbur etmək üçün “bir sıra rıçaqlarının” olmasına baxmayaraq, işlərin bu nöqtəyə çatdırılmasını istəməz.

Xatırladaq ki, mayın 18-də Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə baxılmasını əngəlləyib.

Türkiyə hökuməti mayın 23-də Ankaraya gələcək Finlandiya və İsveç diplomatları üçün bu ölkələrin NATO-ya daxil olmasına razılıq verilməsi şərtlərini ehtiva edən “Skandinaviya dosyesi” hazırlayıb.

Diplomatları Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal qəbul edəcək.

“Onlar (diplomatlar) bizim tələblərimizi nəzərə almağa məcbur olacaqlar. Onlar Türkiyəyə bir neçə dəfə səfər etmək durumunda qala bilərlər”, – deyə nazir müavini Türkiyə tərəfinin tələbləri barədə məlumat verib. (oxu.az)

Mənbə: The Washington Post

loading...
Diaspora