Ermənistan dramı bu gün dollara nisbətdə 1,2%, avroya isə 3,1% ucuzlaşıb. Ermənistan Mərkəzi Bankın məlumatına görə, dolların məzənnəsi cümə gününün göstəricisi ilə müqayisədə 5,73 dram qalxaraq 483,43 dram təşkil edib, avronun məzənnəsi isə 16,56 dram qalxaraq 554,83 drama çatıb.
Ekspertlər əsas xarici səbəblərdən Rusiya rublunun davamlı devalvasiya olduğunu qeyd edirlər. Daxili səbəblərdən biri isə - Ermənistanda ilin birinci yarısının yekunlarına görə xarici ticarətin 20,6 faiz azalması (2,2 mlrd dollaradək) və pul köçürmələrinin 30,5 faiz azalması səbəbindən iqtisadi vəziyyətin pisləşməsi göstərilir