Olland Avropaya çağırış etdi

Olland Avropaya çağırış etdi backend

Miqrant axını ilə bağlı problemi həll etmək üçün Avropa ölkələri birləşməli və vahid siyasət aparmalıdırlar. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fransua Olland Berlində Almaniyanın kansleri Angela Merkel ilə ikitərəfli görüşündən əvvəl brifinqdə bildirib.

“Biz miqrant axını ilə əlaqədar Avropada yaranmış ağır vəziyyəti müzakirə edəcəyik. Bu vəziyyətin həllinə görə məsuliyyət bir ölkənin üzərinə düşməməlidir – bu bizim, Avropanın ümumi problemidir... Bu bütün Avropa üçün müstəsna haldır və onun qarşısında biz birləşməli və vahid siyasət aparmalıyıq”, deyə Olland qeyd edib.

O Fransa və Almaniyanın miqtanların ən çox üz tutduğu Yunanıstan və İtaliyada qeydiyyat mərkəzlərinin yaradılması ideyasını dəstəkləndiyini qeyd edib. Onun sözlərinə görə, bu mərkəzlərdə miqrantların sığınacaq alması əsasların olub-olmadığı müəyyən ediləcək.
Diaspora