İŞİD terror qruplaşması 30 homoseksualın edam olunmasına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə homoseksual və lesbiyanların hüquqları üzrə beynəlxalq komissiyasının BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatında bildirilir. LQBT təşkilatının rəhbəri bildirib ki, homoseksuallıqda günahlandırılan şəxslər daşqalaq edilməklə, binanın damından yerə atma, güllələnmə və başı kəsilməklə edam ediliblər.
Qeyd edək ki, İŞİD terrorçuları bundan öncə də bir neçə şəxsi homoseksuallıqda günahlandıraraq edam etmişdi.Qeyd edək ki, bundan əvvəl İŞİD silahlıları homoseksuallıqda günahlandıraraq binanın damından yerə atılan, lakin sağ qalan şəxsi daş-qalaq edərək öldürüblər.