Ərdoğan qərar verdi: Türkiyə növbədənkənar seçkilərə gedir

Ərdoğan qərar verdi: Türkiyə növbədənkənar seçkilərə gedir backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbədənkənar parlament seçkilərinə qərar verib. APA TV-nin məlumatına görə, qərardan əvvəl prezident parlamentin sədri İsmət Yılmazla görüşüb.

Görüşdən sonra Türkiyə prezidentinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada deyilir ki, iyunun 7-də keçirilmiş prezident seçkilərindən sonra yeni hökumətin qurulması ilə bağlı səylər göstərilib. Lakin bütün siyasi partiyalarla aparılan danışıqlardan sonra Nazirlər Kabinetinin qurulmadığı və mövcud şərtlərlə yeni hökumətin formalaşmasının mümkün olmadığı üzə çıxıb.

Bu səbəbdən növbədənkənar seçkilərin keçirilməsi zərurəti yaranıb. Rəcəb Tayyib Ərdoğan Türkiyə Konstitusiyasının 104 və 116-cı maddələrinin verdiyi səlahiyyətə uyğun olaraq, Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilərin keçirilməsinə qərar verib. Prezidentin qərarı artıq rəsmi qəzetdə dərc edilib.

Rəcəb Tayyib Ərdoğan bu gün baş nazir Əhməd Davudoğlunu da qəbul edəcək.

Diaspora