"Kreml hürəcək, amma bundan o yana keçə bilməyəcək..."

"Kreml hürəcək, amma bundan o yana keçə bilməyəcək..." backend

"NATO- ya daxil olmaq isveçlilər üçün milli ideologiyadır, finlərin isə şərqdəki böyük dövlətdən qorxusu aşkardır"

 

"NATO- nun nüvə dövlləti Alyansa daxil olanadək hər iki ölkəyə zəmanət verib"

 

"Biz Alyansa daxil olandan sonra da Rusiya qonşumuz olaraq qalacaq və onunla əməkdaşlıq etmək lazım gələcək"

 

Şimal ölkələri öz müdafiəsini möhkəmləndirir

 

Bir neçə ay öncə heç kim güman edə bilməzdi ki, İsveç və Finlandiya NATO- ya daxil olmaq üçün sorğu verə bilər. Və bunun belə sürətlə ediləcəyini də heç kimin ağlına gəlməzdi. Cəmiyyət bunu dəstəkləmirdi, siyasətçilər də bunun əleyhinə çıxıb, bu ölkələrdə çoxdan bəri hər hansı hərbi blok və ittifaqlarda iştirak etməmək siyasəti yeridilib. Onilliklər ərzində onların siyasəti bundan çəkinməyə yönəlib.

 

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşrində dərc edilən məqalədə deyilir.

 

İsveçlilər üçün bu, milli ideologiyadır. Sonuncu dəfə bu ölkə 1814- cü ildə döyüşüb. XX əsrdə İsveç özünü humanizm  çarçısı kimi göstərməyə cəhd edib, müharibələrdə iştirakçı olmaq əvəzinə, düşmən tərəflərlə vasitəçi rolunda çıxış edib. Eyni zamanda, münaqişələrin nizamlanması ilə məşğul olan beynəlxalq təsisatlara dəstək verib, qaçqınları qəbul edib. Beləliklə, İsveç İkinci dünya savaşında öz neytrallığını qoruyub saxlayıb və "soyuq müharibə" dövründə öz mövqeyini ifadə etməyib.

 

Finlandiyaya gəldikdə, onun şərqdəki böyük dövlətdən qorxusu açıq- aydındır: Rusiya ilə 1300 km sərhəddi var, əvvəllər Rusiya imperiyasının bir hissəsi olub, İkinci dünya savaşında Rusiya ilə mübarizə aparıb və "soyuq müharibə" dövründə təhlükə altında qalıb. Sovet İttifaqının süqutundan sonra Finlandiya ruslarla yeni qarşıdurmaya qoşulmaq istəməyib.

Lakin Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra əvvəlki doktrinalar yox olub.

 

İsveç və Finlandiya Qərb dövlətləridir və heç kimə sirr deyil ki, illərdir NATO ilə əməkdaşlıq edib. Lakin Rusiyanın Ukraynaya hücumu onların formal olaraq zəifliyini üzə şıxarıb: əgər Ukraynanı əzə bilsələr, dünya da pisləməklə və sanksiyalarla məhdudlaşsa, kim İsveçi və Finlandiyanı mümkün hərbi müdaxilədən qoruya biləcək ki? Axı, NATO- nun kollektiv təhlükəsizlik müqaviləsi yalnız üzv- dövlətlərə şamil edilir.

 

Buna görə də ictimai rəy kəskin surətdə dəyişib, NATO- ya qoşulmaq ideyası geniş dəstək alıb.

Finlandiyada 50 min vətəndaş bu barədə petisiya imzalayıb, parlamentdə açıq debatlar keçirilib, bundan sonra ölkə rəsmiləri Alyansa təcili olaraq qəbul edilməsi barədə bəyanatlar verib.

 

Finlər üçün bu, praktiki, isveçlilər üçün isə daha çox ideoloji məsələdir.

 

Yerli solçular üçün hərbi- siyasi ittifaqlarda iştirak etməmək dinə çevrilib, Alyansa daxil olmağa çağıran siyasətçilər isə az qala dönük, kafir adlandırılır. Ona görə də proses ağrılı keçir.

 

Lakin İsveçin müdafiə naziri, əvvəllər ölkənin NATO- ya tərəf hərəkət etməyəcəyinə zəmanət verən Peter Xoltkvist bəyan edib ki, "Şimal ölkələrinin birgə müdafiəsi İsveç və Finlandiyanın qoşulacağı təqdirdə möhkəmlənəcək".

 

"İsveçin NATO- ya daxil olmasını vacib edən üç səbəb var, - bunu parlamentin müdafiə komitəsi sədrinin müavini Hans Valmark deyib. 

 

Birincisi, NATO Konvensiyasının "hamı bir nəfər üçün" prinsipini təmin edən 5- ci paraqrafıdır.

 

İkincisi, regionun müdafiəsinin birgə planlaşdırılmasına tələbat.

 

Üçüncüsü, bu, bizim Avropa və Şimali Amerika ölkələri ilə həmrəyliyimizi nümayış etdirəcək".

 

Bunun əleyhdarları da var, amma onlar azlıq təşkil edir. Məsələn, İsveçin Yaşıllar partiyası ölkənin neytral qalmasına və sülh uğrunda mübarizə aparmasına, hərbi nüvə potensialı olanla hərbi bloka daxil olmamasına təkid edir.

 

İsveçin Sol partiyasının fikrinə görə, ölkə NATO- ya daxil olmaqla özünü daha yaxşı müdafiə edə biləcək. Lakin hər iki partiya İsveç parlamentində 349 yerdən cəmi 42 yerə malikdir. Finlandiyada bu məsələyə müxalifət mövqeyi daha da zəifdir, onun səsi demək olar ki, eşidilmir.

 

"Alyansa daxil olmaq prosesi uzun çəkir, yeni üzvlərinin qəbulu üçün Alyansın 30 üzv- ölkələri parlamentlərinin bəyənməsi lazımdır, bu da bir neçə ay çəkə bilər, - bunu NATO üzrə ekspert, "Atlantic Council" analitik mərkəzinin baş elmi əməkdaşı, professor Enn Sofi Dahal deyib. - Lakin Böyük Britaniyanın baş naziri Boris Conson bu ay İsveç və Finlandiyaya səfərlər edərək, bəyan edib ki, London hər iki ölkəyə NATO- ya qoşulanadək təhlükəsizliyinə zəmanət verir.

 

Bu, çox vacib bəyanatdır, çünki NATO- nun nüvə silahına malik vacib üzvü tərəfindən səsləndirilib. Həmçinin məlumdur ki, Finlandiya prezidenti Vaşinqtonda ABŞ  prezidenti ilə görüşüb, İsveçin XİN rəhbəri də ABŞ- da görüşlər keçirib, İsvreç və Finlandiya baş nazirləri Almaniya kansleri Olaf Şoltsun bu ölkələrin NATO- ya qəbuluna dəstəyini alıb".

 

"Düşünürəm ki, sorğular veriləndən sonra biz Rusiyadan çoxlu səs- küy eşidəcəyik, amma hərbi hücum olmayacaq, - professor Dahal davam edib. - NATO- nun keçmişdə də genişlənməsi zamanı da belə olub".

 

Hans Valmark da onunla razılaşıb: "Kreml hürəcək, amma bundan o yana keçə bilməyəcək. Lakin bunu da unutmayaq ki, NATO- ya daxil olandan sonra da Rusiya bizim qonşumuz olaraq qalacaq. Onunla əməkdaşlıq imkanlarını tapmaq lazım gələcək".

 

Müəllif: Devid Stavrou, "XaArets"

 

Diaspora