Fransanın yeni baş naziri artıq bəllidir

Fransanın yeni baş naziri artıq bəllidir backend

Elizabet Born Fransanın yeni baş naziri təyin olunacaq.

“RİA Novosti" xəbər verir ki, Born hazırda Yelisey sarayındadır, onun vəzifəyə təyinatı yaxın dəqiqələrdə rəsmən açıqlanmalıdır.

Born Fransa tarixində baş nazir təyin edilən ikinci qadın olacaq. Ondan əvvəl bu postu qadınlardan yalnız Edit Kresson tutub.

Born 2019-cu ildən 2020-ci ilə qədər Fransanın kompleks ekoloji dəyişikliklər naziri vəzifəsində, 2020-ci ildən isə əmək, məşğulluq və inteqrasiya naziri vəzifəsində çalışıb.

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Baş nazir Jan Kasteksin istefasını qəbul edib.

Diaspora