Merkel, Olland və Poroşenko bu dəfə Putinsiz toplaşdı

Merkel, Olland və Poroşenko bu dəfə Putinsiz toplaşdı backend

Minskdə əldə olunan razılaşmaları Ukraynada sülhün bünövrəsidir və onları şübhə altına qoymaq olmaz. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bubarədə Almaniya kansleri Angela Merkel Fransa və Rusiya prezidentləri Fransua Olland və Pyotr Poroşenko ilə Berlindəki görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı Qərb və Rusiya arasında aradan qaldırılması mühüm olan fikir ayrılıqları mövcuddur. O həmçinin Ukraynadakı vəziyyəti Rusiya prezidenti ilə müzakirə edilməsinin vacibliyini qeyd edib.

Bundan başqa Merkel ATƏT-in Ukraynada fəaliyyətinin davam etdirilməsinin vacibliyini də qeyd edib.

Ukrayna prezidenti də, öz növbəsində, Minsk prosesinin Donbasda sülhə nail olmaq üçün universal alət olduğunu qeyd edib.

Fransua Olland, öz növbəsində, Ukrayna məsələsinin müzakirə olunması üçün yeni görüşlər keçirilməsinin vacibliyini vurğulayıb.
Diaspora