ABŞ NATO-dakı müttəfiqlərinin təhlükəsizliyini möhkəmləndirmək məqsədilə Avropada “F-22” qırıcılarını yerləşdirəcək. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələri naziri Debora Ceyms bildirib.
Nazir təyyarələrin sayını və Avropaya nə vaxt göndəriləcəyini açıqlamayıb.Məlumata görə, hazırda “F-22” qırıcı təyyarələri İŞİD-in İraq və Suriyadakı mövqelərinə qarşı əməliyyatlarda iştirak edir.