Əlcəzair prezidenti Ərdoğanın dəvəti ilə Türkiyədədir

Əlcəzair prezidenti Ərdoğanın dəvəti ilə Türkiyədədir backend

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.

Bu barədə “Haber Global” xəbər verir.

Məlumata görə, səfər mayın 17-dək davam edəcək. Səfər çərçivəsində sabah Ankarada Ərdoğan və Tebbunun sədrliyi ilə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay və Tebbun çərşənbə axşamı İstanbulda keçiriləcək Türkiyə-Əlcəzair İş və İnvestisiya Forumuna sədrlik edəcəklər.

Diaspora