BƏƏ-nin yeni prezidenti rəsmən təsdiqləndi

BƏƏ-nin yeni prezidenti rəsmən təsdiqləndi backend

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Ali Şurasının iclasında Şeyx Məhəmməd bin Zayed Al Nəhyan yekdilliklə ölkə Prezidenti seçilib.

Bizim.Media rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, Əbu-Dabidəki Əl-Muşrif sarayında keçirilən iclasa sədrlik edən Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al-Maktum Federal Ali Şuranın qərarını açıqlayıb və BƏƏ-nin digər əmirləri adından yeni Prezidenti təbrik edib, ona uğurlar arzulayıb.

Ali Şuranın üzvləri mərhum Prezident Şeyx Xəlifə bin Zayed Al Nəhyanın xatirəsini yad edib, onun ruhuna dualar oxuyublar.