"Avroviziya" musiqi yarışmasının hazırda musiqi ilə heç bir əlaqəsi yoxdur.
Axar.az xəbər verir ki, bunu rusiyalı musiqi prodüseri İosif Priqojin deyib.
“Bu müsabiqə siyasi xarakter alıb və onun musiqi ilə heç bir əlaqəsi yoxdur”, - o bildirib.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022” musiqi yarışmasının qalibi "Stefania" mahnısı ilə Ukraynanın “Kaluş Orkestra” qrupu olub. Tamaşaçıların səsverməsinin və münsiflər heyətinin ümumi nəticələrinə görə, Ukrayna təmsilçiləri 631 xal toplayıb.