Finlandiya NATO-ya üzv olmaq qərarını rəsmən elan etdi

Finlandiya NATO-ya üzv olmaq qərarını rəsmən elan etdi backend

"NATO-ya üzv olmaq üçün rəsmən müraciət edəcəyik".

APA-nın Türkiyənin CNN telekanalına istinadən verdiyi xəbərə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Finlandiya Prezidenti Sauli Niinistö bildirib.

"Bu gün Prezident və Xarici siyasət və siyasət təhlükəsizliyi üzrə komitə qərara gəldi ki, Finlandiya NATO üzvlük üçün ərizə təqdim etsin", - deyə o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Finlandiya xarici işlər naziri Pekka Xaavisto ölkəsinin mayın 17-də NATO-ya qəbul üçün ərizə təqdim edəcəyini açıqlayıb.

Diaspora