PETRA rəsmi informasiya agentliyinin yaydığı xəbərə görə, İordaniya Kralı II Abdulla avqustun 24-də Rusiyaya rəsmi səfərə yola düşüb.
Moskvaya səfər zamanı Rusiya Prezidenti Vladimir Putin ilə ikitərəfli danışıqlar aparılacaq, iki ölkə arasında, xüsusən, iqtisadi və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcək, habelə regional məsələlərə, o cümlədən Suriya böhranına, terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində səylərə dair fikir mübadiləsi aparılacaq.
İordaniya Kralı “MAKS – 2015” Beynəlxalq Aviakosmik Salonunda keçiriləcək aviaşouya tamaşa edəcək. Salon avqustun 25-də Moskva vilayətindəki Jukovo şəhərində açılacaq.