İsveç bu tarixdə NATO-ya üzvlük üçün müraciət edəcək

İsveç bu tarixdə NATO-ya üzvlük üçün müraciət edəcək backend

İsveçin mayın 17-də NATO-ya üzvlük üçün müraciət edəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə “Svenska Dagbladet” qəzeti məlumat yayıb.

Ərizənin göndəriləcəyi tarix Finlandiyanın o vaxta qədər üzvlüklə bağlı qərar qəbul edib-etməməsindən asılı olacaq. Finlandiyalı ekspertlərin fikrincə, Suomi parlamentində alyansa üzvlük məsələsi ilə bağlı mayın 16-a planlaşdırılan müzakirələrin ləngiməsi riski var.

Plana görə, iki Şimali Avropa ölkəsi eyni vaxtda Brüsselə sənədlər göndərmək istəyir.

Bundan əvvəl Finlandiyanın xarici işlər naziri Pekka Haavisto İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində ölkəsinin mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edəcəyini bildirib.

loading...
Diaspora