Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Federal Milli Şuraya (FMŞ) parlament seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatı başa çatıb. FMŞ-də səsvermə üçün son siyahılar avqustun 31-də - apelyasiya şikayətləri müddəti başa çatandan sonra elan ediləcək. Ölkənin WAM rəsmi informasiya agentliyinin verdiyi məlumata görə, namizədlərin ilkin siyahılarına 347 nəfərin, o cümlədən 78 qadının adı daxil edilib.
Qeydiyyata alınmış namizədlərin sayına görə birinci yeri Əbu-Dabi (97 namizəd, onlardan 24-ü qadın), ikinci yeri Şərca (65 namizəd, onlardan 13-ü qadın), üçüncü yeri Dubay (62 namizəd, onlardan 22-si qadın) tutur.
Federal Milli Şura əsasən məsləhət funksiyalarını yerinə yetirən qanunverici orqandır. Şura 4 il müddətinə seçilən 40 üzvdən ibarətdir.
Onu da qeyd etmək lazımdır ki, Əmirliklərin özündə Federal Milli Şuraya seçkilər bu il oktyabrın 3-də keçiriləcək, ölkə hüdudlarından kənarda yaşayan BƏƏ vətəndaşlar isə sentyabrın 20-də və 21-də səs verəcəklər.