BƏƏ prezidenti vəfat edib

BƏƏ prezidenti vəfat edib backend

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan vəfat edib.

Bu barədə BƏƏ WAM agentliyi məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xəlifə bin Zayed Al Nəhyan 2004-cü ildən dövlət başçısı idi. 

2004-cü ildə BƏƏ-nin yeddi əmirlikdən ibarət Ali Şurası onu beş il müddətinə prezident seçib. Bundan sonra Xəlifə Əl-Nəhyan 2009, 2014 və 2019-cu illərdə təkrar prezident seçilib.

2010-cu ildə açılışı olan dünyanın ən hündür binası “Burc Xəlifə” onun adını daşıyır.

General-leytenant rütbəsi olan Əl-Nəhyanın iki oğlu və altı qızı var.

Diaspora