Ukrayna Rusiyanın itkilərini yenilədi - 79-cu gün...

Ukrayna Rusiyanın itkilərini yenilədi -  79-cu gün... backend

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 26 900 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 205 ədəd tankı, 2 900 ədəd zirehli döyüş maşını, 542 ədəd artilleriya sistemi, 193 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 88 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 162 ədəd helikopteri, 95 qanadlı raket, 2 042 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 405 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.

Rəsmi informasiyaya əsasən, son sutka ərzində Rusiya qoşunlarının 7 hava hədəfi vurulub. Onlaran 5-i PUA, 1-i Ka-52 helikopteri, 1-i isə qanadlı raketdir. Təkcə Donetsk və Luqansk istiqamətlərində Ukrayna müdafiəçiləri düşmənin 18 hücumunun qarşısını alıb. Həmçinin 13 tank, 8 artilleriya sistemi, 27 zirehli döyüş maşını, 2 xüsusi mühəndis texnikası və 5 texnika məhv edilib.

Diaspora