İrlandiyada mənşəyi bilinməyən hepatitdən müalicə olunan və qaraciyər köçürülən uşaq dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəstəlikdən müalicə olunan ikinci uşağa da qaraciyər köçürülüb.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi bildirib ki, dünyada mənşəyi bilinməyən hepatitə təxminən 450 uşaq yoluxub.
Qeyd edək ki, uşaqlarda xəstəliklə bağlı xəbərdarlıq ilk dəfə aprelin əvvəlində Böyük Britaniya tərəfindən edilmişdi. Hazırda 10-dan çox ölkədə uşaqlarda mənşəyi bilinməyən hepatit aşkarlanıb.