Türkiyənin Çanaqqala sahillərində gəmi batdı, ölənlər var. ANS PRESS-in məlumatına görə, qeyri-qanuni yollarla Türkiyədən çıxmaq istəyən qaçqınları daşıyan gəmi Çanaqqalanın Ayvacık bölgəsində sahilə yaxın yerdə batıb. Nəticədə 3 nəfər ölüb, 70 qaçqın isə sahil təhlükəsizliyi xidməti tərəfindən xilas olunub. Əldə edilən məlumata görə, Suriya və Əfqanıstandan gəlmiş qaçqınlar Yunanıstanın Midili adasına keçmək istəyiblər.
Hadisəyə səbəb kimi havanın küləkli olması göstərilir. Şimali Egey dənizində qəfil baş verən fırtına gəminin batması ilə nəticələnib. Gəmidə olanlar sahil təhlükəsizliyi xidmətindən kömək istəyiblər. Sürətlə bölgəyə gedən sahil təhlükəsizlik gəmisi 70 adamı xilas etsə də, 3 adamın yalnız cəsədini tapa biliblər.