Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 26 350 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 187 ədəd tankı, 2 856 ədəd zirehli döyüş maşını, 528 ədəd artilleriya sistemi, 185 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 160 ədəd helikopteri, 94 qanadlı raket, 1 997 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 390 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.
Ukrayna Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, ötən gün Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Rusiyaya aid “Orlan-10” tipli 4 PUA-nı məhv edib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hücum qoşunlarının briqadalarından biri 1 Mi-24 helikopterini vurub. Donetsk və Luqansk vilayətlərində Ukrayna müdafiəçiləri düşmənin 12 hücumunun qarşısını alıb. Həmçinin son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 12 tankı, 4 artilleriya sistemi, 19 zirehli döyüş maşını, 7 avtomobil və 2 xüsusi mühəndis texnikası məhv edilib.