ABŞ Rusiya istehsalı olan Mi-17 helikopterlərinin ikinci partiyasını Ukraynaya tədarük etməyə başlayacaq.
"RİA Novosti" xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
Qeyd edilir ki, söhbət ABŞ-ın vaxtilə Rusiyadan Əfqanıstan ordusu üçün aldığı texnikadan gedir.
İkinci partiyaya 11 helikopter daxildir. Bundan əvvəl isə Pentaqon Ukrayna Silahlı Qüvvələrinə 5 Mi-17 helikopteri təhvil verib.