Ukraynanın ilk prezidenti Leonid Kravçuk 88 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
"Onun dövlətimizin formalaşmasında böyük xidmətləri olub. Leonid Kravçukun prezidentliyi dövründə əsas Ukrayna rəmzləri təsdiq edilib: Ukraynanın Gerbi, Bayrağı və Himni, Ukrayna Silahlı Qüvvələri yaradılıb, Ukraynanın müstəqilliyi bütün dünya tərəfindən tanınıb", - deyə məlumatda deyilir.