Ukraynada ölən rus generalların sayı – ABŞ açıqladı

Ukraynada ölən rus generalların sayı –  ABŞ açıqladı backend

Ukraynada döyüşlər zamanı Rusiyanın 8-10 arası generalı ölüb.

Axar.az xəbər verir ki, bu barədə bu gün ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Skott Berryer deyib.

O deyib ki, bu, müasir ordunun qısa müddətdə itkisi baxımından olduqca böyük rəqəmdir. Belə ki, bu rəqəm ABŞ-ın 20 il ərzində Əfqanıstanda itirdiyi general sayını üstələyir.

Rus generallarının ölümünün əsas səbəbi kimi əsgərlərin “ruh yüksəkliyi”nin olmaması göstərilib. Belə ki, generallar əsgərlərin döyüş ruhunu qaldırmaq üçün öndə getməyə məcbur olurlar ki, bu da onları hədəfə çevirir.

Berrye Ukrayna ordusunun döyük ruhunun daha yüksək olduğunu vurğulayıb.

Diaspora