Rusiyada daha 2 qubernator istefa verdi

Rusiyada daha 2 qubernator istefa verdi backend

Rusiyanın Mari El Respublikasının başçısı Aleksandr Evstifiyev də istefa verib. 

O, işdən çıxmaqla bağlı ərizə yazıb.

“Mari El Respublikasının rəhbəri kimi səlahiyyət müddətim bitdiyinə görə istefamı qəbul etmək xahişi ilə Rusiya Prezidentinə müraciət etdim. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə mənə göstərilən etimada və respublikaya və onun sakinlərinə əvəzsiz qayğısına görə minnətdarlığımı bildirirəm”, - o teleqramda vurğulayıb.

Bundan başqa, Rusiyanın Kirov vilayətinin qubernatoru İqor Vasilyev də istefa verib.

Bildirilib ki, ölkənin Saratov vilayətinin qubernatoru Valeri Radayev işdən çıxmaqla bağlı ərizə yazıb. O, 10 ildir bu vəzifədə çalışırmış.

Bundan başqa Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov növbəti müddətə qubernator postuna namizədliyini irəli sürməyəcəyini bildirib.

Beləliklə, Rusiyada gün ərzində vəzifəsindən istefa verən region başçılarının sayı 4-ə yüksəlib

Diaspora