Zaxarova Rusiya səfirinə edilən hücuma münasibət bildirib

Zaxarova Rusiya səfirinə edilən hücuma münasibət bildirib backend

"Neonasizmin pərəstişkarları bir daha üzünü göstərdilər, o qanlıdır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında Varşavada Rusiya səfirinə edilən hücuma münasibət bildirərkən yazıb.

“İkinci Dünya müharibəsi qəhrəmanlarının abidələrinin sökülməsi, məzarların təhqir olunması, indi isə hər bir ləyaqətli insan üçün müqəddəs bir gündə gülqoyma mərasiminin pozulması Qərbin faşizmin reinkarnasiyası kursunu tutduğunun artıq göz qabağında olduğunu sübut edir. Amma dediyim kimi, bizi qorxutmaq olmaz. Bu, Avropa sakinləri üçün güzgüdəki öz əksindən qorxulu olmalıdır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün Varşavada sovet əsgərlərinin qəbiristanlığında əklil qoyulması zamanı Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə və onu müşayiət edən rus diplomatların üzərinə qırmızı boya töküblər.

loading...
Diaspora