Kanadanın Kvebek əyalətinin şimalında, Monrealın 500 kilometrliyində göyərtəsində altı sərnişin olan hidrotəyyarə qəzaya uğrayıb.
AZƏRTAC Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, təyyarə girişi çətin olan qalın meşəliyə düşüb. Hazırda havadan axtarışlar aparılır. Qəza yerinə xilasedicilər qrupu cəlb olunub.