Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 25 650 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 145 ədəd tankı, 2 764 ədəd zirehli döyüş maşını, 513 ədəd artilleriya sistemi, 185 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 158 ədəd helikopteri, 94 qanadlı raket, 1 970 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 377 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.
Ukrayna Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri son sutka ərzində Rusiyanın 10 hava hədəfi, o cümlədən 6 “Orlan-10” tipli politsuz uçuş aparatı (PUA), 1 “Forpost” tipli PUA və 3 qanadlı raketini vurub. Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya hərbçilərinin 6 hücumu uğurla dəf edilib.
Bundan başqa, Rusiyanın 20 tankı, 1 artilleriya sistemi, 28 ədəd zirehli döyüş maşını, 1 xüsusi zirehli maşını və 5 avtomobil texnikası məhv edilib.