Cill Bayden Ukraynaya gizli səfərinin məqsədini açıqlayıb

Cill Bayden Ukraynaya gizli səfərinin məqsədini açıqlayıb backend

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynanın Ujqorod şəhərini ziyarət etdikdən sonra Beynəlxalq Analar Günündə ukraynalı analar və onların uşaqlarının yanında olmaq istədiyini söyləyib.

Bu barədə o, tviter hesabında yazıb. Cill Bayden qeyd edib ki, son bir neçə ayda həddən artıq ukraynalı evlərini, yaxınlarını tərk etməli olub.

Həmçinin ABŞ-ın birinci xanımı nə üçün Rumıniya və Slovakiyadakı ukraynalı qaçqınlarla görüşlərlə məhdudlaşmadığını, təhlükəyə baxmayaraq, Ukraynaya getmək qərarına gəldiyini izah edib.

"Ümid edirəm ki, burada olmaqla onların gücü və möhkəmliyinin dünyaya nə qədər ilham verdiyini çatdıra və onlara tək olmadıqlarını xatırlada bilərəm", - Cill Bayden vurğulayıb.

Report.az

Diaspora