Rusiyalı ekspert Putinin “xəstəliyi” barədə DANIŞDI

Rusiyalı ekspert Putinin “xəstəliyi” barədə DANIŞDI backend

“Qərb mətbuatında Rusiya Prezidenti Vladimir Putinin xəstəliyi ilə bağlı müxtəlif yazılar dərc olunur. Bu cür xəbərlər informasiya müharibəsinin tərbik hissəsidir. Görünür, Qərb mediası diqqəti öz liderlərindən, ABŞ Prezidenti Co Baydenin xəstəliklərindən yayındırmağa çalışır”.

Bu fikirləri Modern.az-a açıqlamasında rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Amerika liderinin sağlamlıq problemlərini ört-basdır etməyə çalışır, bunun əvəzində Putin haqqında dezinformasiya yayırlar:

“Bundan başqa, Rusiyanın Gürcüstan və Moldovaya hücum edəcəyi haqqında şayiələr var. Əlbəttə, deyilənlər doğru deyil. Rusiyanın belə planları yoxdur. Əksinə, hazırda Gürcüstanla münasibətlər yaxşılaşır. Bu ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib”.

Rusiyalı ekspert Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Rusiya ilə bağlı səsləndirdiyi fikirləri təxribat adlandırıb. Politoloq hesab edir ki, Saakaşvili Rusiyaya qarşı yeni müharibəyə başlamaq üçün dövlət çevrilişi etmək istəyini aydın şəkildə xarakterizə edir.

“Tbilisi dinc yatıb, Rusiya ilə müsbət münasibətlər qurmağa davam edir”, - deyə Anton Bredixin Rusiya lideri və yeni hücum planları barədə Qərb mediasında dərc olunan məlumatları yalanlayıb.

Qeyd edək ki, son günlər Rusiya Prezidenti Vladimir Putinin xərçəng xəstəliyinə tutulması barədə müxtəlif xəbərlər yayılmaqdadır. İddia olunur ki, 69 yaşlı Putin yaxın vaxtlarda ağır əməliyyat keçirəcək. O bu səbəbdən bir müddət ölkənin idarəçiliyini Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Platonoviç Patruşevə təhvil verəcək. 

Diaspora