"Taliban" hərəkatının ali lideri Heybətullah Axundzadə Əfqanıstanda qadınların üzünü örtmədən küçəyə çıxmağı qadağan edən fərman imzalayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı xəbər verib.
Fərmanda deyilib ki, qadınlara burqanın (müsəlman qadının bədəni və üzünü örtən üst paltarı) "ənənəvi və hörmətli olduğu üçün" geyinməsi məcburidir. Qadınlar ailə üzvü olmayan kişinin qarşısında üzlərini örtməlidirlər.
Qadının fərmanı pozmasına görə məsuliyyət onun atasının və ya digər yaxın kişi qohumunun üzərinə düşür: onları işdən qovulmağa və ya həbsə qədər cəza gözləyir.
Qeyd edək ki, ötən ilin avqustunda hakimiyyətə gəldikdən sonra “Taliban” qadınların necə geyinməli olduğuna dair bir neçə təlimat verib.